• cümə, 26 Aprel, 04:55
  • Baku Bakı 16°C

Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu

05.11.19 16:32 1689
Azərbaycan Dünya Şahmat Olimpiadasının qalibi oldu
Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək şahmatçılar arasında Dünya Şahmat Olimpiadası başa çatdı.
Trend-in məlumatına görə, Azərbaycan yığma komandası Olimpiadanın son turunda olduqca gərgin qarşılaşmada güclü Çin yığmasını məğlub edərək tarixində ilk dəfə Olimpiya Çempionu adını qazandı.
Qeyd edək ki, çempion olmuş komandanın heyətində Vüqar Manafov, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Gövhər Beydullayeva təmsil olunublar.
banner

Oxşar Xəbərlər