AZE | RUS | ENG |

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

Azərbaycan “Dostluq naminə futbol”da təmsil olunacaq

"Dostluq naminə futbol" beynəlxalq uşaq sosial proqramının 7-ci sezonu başlayıb. Bu sezon da Azərbaycan bu beynəlxalq layihəyə qoşulacaq. İdman turnirində Azərbaycanlı nümayəndələrin iştirakı planlaşdırılır.  
 
Çempionlar Liqasının baş sponsorlarından biri "Qazprom" Səhmdar cəmiyyətinin  himayədarlığı ilə "Dostluq üçün futbol" Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.
 
Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir.Layihənin məqsədi - uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir.İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər - dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.
 
Layihə çərçivəsində Dostluq və Futbol Beynəlxalq Gününə həsr olunmuş tədbirlər də keçiriləcək.
 
Sülh, dostluq, bərabərlik və sağlam həyat tərzini təbliğ edən bu cür aksiyalar Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikada da keçirilir.
 
Minlərlə uşaq və yeniyetmələr yoldaşlıq oyunlarında, açıq məşqlərdə, fleşmob, telemarafon və idman bayramlarında iştirak edir. İştirakçıları bütün dünyadan məşhur furbolçular, məşqçilər, aparıcı və artistlər dəstəkləyir.
 
İlk dəfə "Dostluq və Futbol Günü" "Qazprom"un beynəlxalq uşaq sosial proqramı "Dostluq üçün futbol" (Football for Friendship) çərçivəsində gənc səfirlər tərəfindən 2014-cü ildə FİFA və UEFA-nın dəstəyilə baş tutub.
 
Həmin gün ümuminsan dəyələrini - bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət və əmin-amanlıqda yaşamağı dəstəkləyən hər kəs qoluna göy-yaşıl dostluq bilərziyi taxıb.
 
Bilərziyin göy rəngi sülh səmasını, yaşıl isə - hər kəsə əlçatan futbol meydançasını simvolizə edir.
 
2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub. Layihənin son mərhələsi isə İspaniyanın paytaxtı Madriddə baş tutacaq.


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779