• cümə, 26 Aprel, 13:29
  • Baku Bakı 23°C

Azərbaycan çempionuna 12 rəqib

16.12.16 15:15 1072
Azərbaycan çempionuna 12 rəqib
Başa çatmaqda olan 2016-cı ildə Avropanın 12 komandası Çempionlar Liqasının yeni mövsümündə oynamaq hüququ qazanıb. Apasport.az saytının məlumatına görə, bunlar çempionatı yaz-payız sistemi ilə keçirilən ölkələrin ən yaxşılarıdı.
Son illərdə qitənin 11 ölkəsində bu sistemdən istifadə olunurdusa, artıq Gürcüstan da bu siyahıya qoşulub. Qonşularımız bu ildən çempionu yeni ilədək müəyyənləşdirmək yolunu seçib.
Bəlli olan 12 çempionu Topaz Premyer Liqasının qalibinin potensial rəqibi də saymaq olar. Düzdü, bu çempionlardan ikisi I təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Onlar yalnız ilk turu adladıqdan sonra Azərbaycan təmsilçisinə rəqib ola bilər. Digər 10 klubun isə komandamızla eyni mərhələdə hansı səbətdə yer alacağı bəlli olmadığından potensial rəqibimiz hesab olunur.
Mümkün rəqiblərdən bəziləri əvvəllər də təmsilçilərimizlə görüşüb. Gürcüstan "Samtredia”sı elə davam etməkdə olan mövsümdə "Qəbələ”nin "qurbanları” sırasında yer alıb – 5:1, 1:2. Finlandiya "Mariehamn”ı, Norveç "Rusenborq”u və İslandiya "Hafnarfyordur”u da avrokuboklardan tanış komandaladı. Postsovet məkanı təmsilçiləri – BATE və "Astana”ya "Birlik kuboku”, "Jalgiris”ə həm bu yarış, həm SSRİ çempionatından bələdik.
Çempionlar Liqası 2017/18
I təsnifat mərhələsi
"İnfonet” (Estoniya)
"Vikinqur” (Farer adaları)
II təsnifat mərhələsi
BATE (Belarus)
"Malmö” (İsveç)
"Rusenborq” (Norveç)
"Astana” (Qazaxıstan)
"Hafnarfyordur” (İsıandiya)
"Samtredia” (Gürcüstan)
"Mariehamn” (Finlandiya)
"Dandalk” (İrlandiya)
"Spartak” (Yurmala, Latviya)
"Jalgiris” (Vilnüs, Litva)
banner

Oxşar Xəbərlər