• cümə, 26 Aprel, 14:34
  • Baku Bakı 23°C

Azərbaycan çempionatında daha bir “lipa“ aşkarlandı

04.02.14 16:22 1424
Azərbaycan çempionatında daha bir “lipa“ aşkarlandı
Azərbaycan çempionatında çıxış edən daha bir futbolçunun saxta sənədlərlə oyandığı aşkarlanıb. Apasport.az saytının məlumatına görə, əvvəllər də “lipa"larla mübarizə aparan AFFA bu dəfə U-15 Liqasındakı fırıldağın üstünü açıb.
Bu yarışda iştirak edən “Vətən”in oyunçusu Səlimxan Zamanovun sənədlərinin saxta olması müəyyənləşdirilib. Bu səbəbdən də AFFA-nın İntizam Komitəsi futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilməsi haqda qərar qəbul edib.
banner

Oxşar Xəbərlər