• çərşənbə axşamı, 16 aprel, 21:23
  • Baku Bakı 18°C

"Azərbaycan belə ölkələrin önündə gedir"

26.05.20 12:45 453
"Azərbaycan belə ölkələrin önündə gedir"
"Dünyanı qlobal böhran börüdüyü zamanda iqtisadiyyatları müasir texnologiyalar və innovasiyalar üzərində quran ölkələr bu böhrandan az itkilərlə çıxaraq yeni dönəmdə daha sürətli inkişafa qovuşacaqdır". Bu sözləriSİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, dövlət başçısı İlham Əliyev ölkə iqtisadiyyatının gələcəyini yeni texnolgiyalar və innovasiyaların üzərində görür və ona görə də Dünya İqtisadi Forumuna səfərləri zamanı dünyanın aparıcı texnologiyaları istehsal və ixrac edən dünyanın aparıcı şirkətlərin rəhbərləri ilə görüşlər keçirir:"Bununla da bizim texnologiyalara olan niyyətimiz haqqında məlumatlar verilir. Artıq bu şirkətlər Azərbaycanın yeni texnologiyalara açıq ölkə kimi tanıyırlar və özləri təşbbüs göstərərək prezidentimizlə görüşmək istəyini bildirirlər. Bir neçə gün əvvəl keçirilmiş CISCO və "Signify" şirkətlərinin rəhbərlərilə baş tutmuş videokonfranslar da həmin şirkət rəhbərlərinin təşəbbüsü ilə baş tutmuşdur. CISCO şirkəti Azərbaycanda Ağıllı şəhər, Ağıllı məktəb, Ağıllı ölkə layihələrini icra olunmasında əməkdaşlıq etmək niyyətini ortaya qoyur. "Signify" şirkəti ölkəmizin işıqlandırılma sistemlərinin daha müasirləşdirilməsində iştirak etmək istəyir".
Azər Badamovun sözlərinə görə, hər iki şirkətin təklifləri Azərbaycanın iqtisadi inkişafının sürətləndirilməsində xüsusi əhəmiyyəti olacaqdır:"Biz, müasir texnologiyalardan istifadə etməklə iqtisadiyyatı elektronlaşdırmaq, su və enerji resurslarına qənaet etməklə istehsal olunan məhsullarını daha çox ixrac imkanınına malik olacayıq. Dünyanı qlobal böhran börüdüyü zamanda iqtisadiyyatları müasir texnologiyalar və innovasiyalar üzərində quran ölkələr bu böhrandan az itkilərlə çıxaraq yeni dönəmdə daha sürətli inkişafa qovuşacaqdır. Azərbaycan belə ölkələrin önündə gedir".
banner

Oxşar Xəbərlər