• cümə, 26 Aprel, 14:01
  • Baku Bakı 23°C

Azərbaycan Banklar Assosiasiyasına üzv banklar valyuta mübadiləsi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb

15.03.20 13:00 770
Azərbaycan Banklar Assosiasiyasına üzv banklar valyuta mübadiləsi ilə bağlı vətəndaşlara müraciət ünvanlayıb
Azərbaycan Banklar Assosiasiyası martın 13-də mətbuatda valyuta mübadiləsi əməliyyatları ilə əlaqədar möhtəkirlik halları ilə bağlı yayılmış məlumatlarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.
AssosiasiyadanAZƏRTAC-a verilən məlumata görə, müraciətdə bank sektorunda çalışmayan bir neçə şəxsin qabaqcadan əlbir olub qrup şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə zidd şəkildə valyuta mübadiləsi fəaliyyəti həyata keçirdiyi və bununla da vətəndaşlara, təşkilatlara və dövlətə külli miqdarda ziyan vurduğu bildirilir.
Azərbaycan Banklar Assosiasiyasına üzv banklar Mərkəzi Bankın müvafiq göstəriş və qaydalarını rəhbər tutaraq belə həssas məqamda intensiv şəkildə fəaliyyət göstərir, elan olunmuş pandemiya və neft qiymətlərinin kəskin enməsi fonunda xarici valyutaya yaranmış tələbatın ödənilməsi məqsədilə bütün qüvvələrini səfərbər edərək Azərbaycan Respublikası vətəndaşlarına yüksək xidmət göstərmək üçün səylərini əsirgəmir: "Təəssüf ki, bəzi möhtəkirlər şəxsi maraqlarını üstün tutaraq Azərbaycan qanunvericiliyinə, ölkənin iqtisadiyyatına və xalqın mənafeyinə zidd, eləcə də mənəviyyatdan uzaq olan belə hərəkətlərə yol verərək, görülən bütün bu işlərə və səylərə kölgə salırlar.
Azərbaycan Banklar Assosiasiyasının üzvləri bu kimi hərəkətləri yolverilməz hesab edir və şiddətlə qınayır, müvafiq dövlət orqanlarının və ictimaiyyətin birbaşa iştirakı ilə bu cür qanunazidd hallarla mübarizəyə hazır olduğunu bildirir”.

banner

Oxşar Xəbərlər