• cümə, 26 Aprel, 14:31
  • Baku Bakı 23°C

Azarın qolu “Krefel” i müflis edəcək

15.07.18 13:15 773
Azarın qolu “Krefel” i müflis edəcək
Belçika yığması İngiltərəyə 2:0 hesabı ilə qalib gələrək, dünya çempionatının bürünc medalını qazanıb.
Kaspi.az xəbər verir ki, Eden Azarın 82-ci dəqiqədə vurduğu 2-ci qol "Krefel” kompaniyasını küllü miqdarda ziyana salacaq. Məsələ burasındadır ki, "Klefer” mundialdan əvvəl aksiyaya start vermişdi.
Kompaniya vəd etmişdi ki, əgər yığma DÇ-də 15-dən çox qol vurarsa, dünya çempionatı zamanı televizor alan hər kəsin pulu özünə qaytarılacaq. Azarın 82-ci dəqiqədə vurduğu qol Belçikanın mundialdakı 16-cı qolu olub.
Kompaniyadan verilən açıqlamadan bəlli olur ki, aksiya müddətində televizor alanların sayı minlərlə olub:
"Biz bunu bacardıq. Bizim "şeytanlar” 16-dan çox qol vurdular. Bu o deməkdir ki, minlərlə azarkeşə, aldıqları televizorun pulunu qaytarmalıyıq”.
banner

Oxşar Xəbərlər