• cümə, 26 Aprel, 17:28
  • Baku Bakı 23°C

“Az oyun, çox pul olacaq”

05.11.18 10:25 747
“Az oyun, çox pul olacaq”
"Football Leaks” saytı Avropanın nəhəng klublarının Super Liqa yaratmaq istəyi barədə məlumat yayıb
Kaspi.az xəbər verir ki, jurnalistlər Super Liqa ideyası barədə "Liverpul”un baş məşqçisi Yurgen Kloppun mövqeyini öyrəniblər. Klopp ideyanı dəstəklədiyini bildirib:
"Bu məsələ mənə dəqiq aydın deyil. Ancaq ideya pis səslənmir. Ona görə ki, reallaşacağı təqdirdə, az oyun, çox pul olacaq. Düzünü desəm, hansısa klubların bu haqda müzakirə apardıqları barədə məlumatım yoxdur. Amma onu bilirəm ki, bu ideya dərhal həyata keçməyəcək. FİFA və UEFA isə özlərinin "gözəl” ideyalarını heç bir sual vermədən, dərhal həyata keçirirlər. Bir də görürsən ki, artıq 20 oyun çox keçiribsən, amma pul yoxdur”.
İdeyaya görə, 2021-ci ildə Çempionlar Liqası ləğv edilməli və Avropanın 11 nəhəng klubu Super Liqada mübarizə aparmalıdır. Onlar 20 il müddətində toxunulmaz olacaq, daha 6 klub isə Super Liqaya qonaq qismində dəvət ediləcək. Ancaq məlumata görə, UEFA gizli danışıqlardan xəbər tutub və top-klublara vəd edib ki, ÇL-də maliyyəni artıracaq.
banner

Oxşar Xəbərlər