Ayrapetyan Azərbaycanla bağlı sualdan sonra “ağladı
Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan
Azərbaycan futbolu ilə bağlı sualı cavablandırıb.
Kaspi.az xəbər verir ki, "Sputnik Armenia"nın yaydığı
məlumata görə, mətbuat konfransında federasiya başçısına "Nəyə görə Azərbaycan
klubları Çempionlar Liqasının qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları
yox" sualı verilib. Ayrapetyan suala belə cavab verib:
"Yaxın zamanda Ermənistan klublarının Çempionlar Liqasının
qrupuna düşmək şansı yoxdur. Ona görə ki, ÇL-in qrupunda oynamaq üçün böyük
məbləğdə pul lazımdı, bu isə bizdə yoxdur. Azərbaycanlı iş adamları futbolu
bizim biznesmenlərdən çox sevirlər”.
Xatırladaq ki, Ağdamın "Qarabağ” klubu Azərbaycan futbolu tarixində
ilk dəfə olaraq cari mövsümdə ÇL-in qrup mərhələsində mübarizə aparıb.