AZE | RUS | ENG |

“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək

“Avro-2020”: bu gün birinci turun növbəti 7 görüşü keçiriləcək
Martın 22-də futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində birinci turun digər qarşılaşmaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci oyun günündə 3 qrupda 7 görüş təşkil olunacaq.
Günün maraq doğuran oyunu A qrupunda yer alan İngiltərənin "Uembli” stadionunda Çexiya ilə qarşılaşmasıdır. B qrupunda mübarizə aparan son Avropa çempionatının qalibi Portuqaliya isə öz meydanında Ukrayna ilə münasibətlərə aydınlıq gətirəcək.
Dünya çempionu Fransa H qrupunda səfərdə Moldovanı sınağa çəkəcək. Qonşu ölkə Türkiyə də seçmə mərhələdəki ilk oyununu səfərdə keçirəcək. Komanda Albaniyanın müqavimətini qırmağa çalışacaq.
Günün bütün oyunları aşağıdakılardı:
A qrupu
21:00. Bolqarıstan – Monteneqro
23:45. İngiltərə - Çexiya
B qrupu
23:45. Lüksemburq – Litva
23:45. Portuqaliya – Ukrayna
H qrupu
23:45. Albaniya – Türkiyə
23:45. Andorra – İslandiya
23:45. Moldova – Fransa




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8859
GEL 1 1 Gürcüstan larisi 0.5804
GBP 1 1 İngiltərə funt sterlinqi 2.066
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1755
CHF 1 1 İsveçrə frankı 1.736
KWD 1 1 Küveyt dinarı 5.5894
TRY 1 1 Türkiyə lirəsi 0.2965