• şənbə, 20 Aprel, 15:42
  • Baku Bakı 23°C

ATU-nun kafedra müdiri: "Korona mühitə dözümlü deyil"

09.07.20 15:00 612
ATU-nun kafedra müdiri: "Korona mühitə dözümlü deyil"
COVID-19 infeksiyası dezinfeksiyaedici maddələrə və ətraf mühit faktorlarına qarşı o qədər də dözümlü deyil. Yeni növ koronavirusun insanların sağlamlığına ən böyük mənfi təsirlərindən biri də psixonevrolojidir.
Bu fikirləriTeleqraf.com-a Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov bildirib.
Rafiq Bayramov qeyd edib ki, bu infeksiyanın yayılmasının qarşısını almaq üçün şəxsi gigiyena qaydalarına riayət etmək əsas şərtdir.
Həkimin sözlərinə görə, COVID-19-a yoluxan xəstələrin bəzilərində klinik əlamətlərin təzahürü ilə ağciyər toxumasının zədələnmə dərəcəsi müxtəlif ola bilər: "Bəzən, xüsusilə gənc insanlarda ya klinik əlamətlər heç olmur. Yaxud yüngül klinik əlamətlər müşahidə edildiyi halda döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında ağ ciyərlərdə yayılmış "buzlu şüşə” görüntüsü olur. Belə xəstələr epidemioloji baxımdan daha təhlükəli olmaqla yanaşı çoxsaylı insanların yoluxmasına səbəb ola bilər”.
Ramin Bayramov bildirib ki, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasının nəticələrində qeyd edilən ağciyərlərdə ’’buzlu şüşə’’ termini yeni deyil və yalnız virus pnevmoniyalarında yox, digər mənşəli pnevmoniyalarda da müşahidə edilir: "Bu, ağciyərlərin bronx-damar şəklinin saxlanılması ilə iltihabi prosesi nəticəsində ağciyər toxumasının sıxlaşmasının kompüter tomoqrafik götüntüsüdür. Hazırda epidemioloji vəziyyəti nəzərə alaraq, döş qəfəsi orqanlarının kompüter tomoqrafiyasında xüsusilə hər iki ağciyərin, daha çox aşağı paylarını əhatə edən xarakterik "buzlu şüşə” görüntüsünün və digər əlamətlərin olması - iybilmə və dadbilmə hissinin itməsi, temperaturun yüksəlməsi, öskürək, diareya və s. olması COVID-19-un diaqnostikasında əhəmiyyətlidir".
Həkim əlavə edib ki, hazırda dünyada COVID-19 infeksiyasına qarşı effektivliyi təsdiq edilmiş spesifik müalicə və profilaktika üsulu yoxdur:"Aparılan müalicə bu virusun ağırlaşmalar törətmədən orqanizmdən eliminasiyasına nail olmaq üçündür”.
Onun sözlərinə görə, infeksiyasının yayılmasının qarşısını almaq üçün atılan addımlar infeksiya mənbəyinə və yoluxma yoluna qarşı olmalıdır: "İnfeksiya mənbəyinə qarşı görülən tədbir COVID-19 infeksiyasına yoluxmuş və ya xəstələnmiş şəxslərin izolyasiyası, müalicəsi və onunla təmasda olanların kontrol müayinə və izolyasiyasının aparılmasıdır. İnfeksiyanın yoluxma yoluna qarşı aparılan tədbirlər içərisində şəxsi gigiyena qaydalarına riayət etmək, əhalinin sıx olduğu yerlərdən mümkün qədər uzaq olmaq, sosial məsafənin qorunması və qapalı məkanlarda qoruyucu maskaların istifadə edilməsi çox vacibdir”.
Kafedra müdiri vurğulayıb ki, COVID-19, o cümlədən digər tənəffüs infeksiyaları ilə yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi qədər sadə deyil, ciddi yanaşma tələb edir: "Əgər xəstəlik varsa, müəyyən edilib mütəxəssis tərəfindən müalicə olunmalıdır. Özünüprofilaktika məqsədilə antiviral preparatların qəbulu doğru deyil, çünki bu, yoluxmanın qarşısını almır. Digər tərəfdən də həmin preparatın qeyd edilən virusa qarşı effektivliyi də bəlli deyil. Amma bu preparatlar çox toksikidir və ehtiyac olmadıqda, həkim təyinatı olmadan qəbulu ciddi fəsadlarla nəticələnə bilər”.
banner

Oxşar Xəbərlər