• cümə, 26 Aprel, 20:39
  • Baku Bakı 22°C

Araşdıram aparılır, Çelsi” cəzalana bilər

29.01.19 14:22 529
Araşdıram aparılır, Çelsi” cəzalana bilər
FİFA "Çelsi”nin transfer əməliyyatları ilə bağlı araşdırmaya başlayıb.
Kaspi.az xəbər verir ki, FİFA-ya "Çelsi”nin gənc futbolçuların transferi zamanı qaydaları pozduğu barədə məlumat daxil olub. Fakt təsdiqini tapacağı təqdirdə, "Çelsi” cəzalanacaq.
FİFA "təqaüdçülər”ə transfer qadağası tətbiq edə bilər. Məlumata görə, "Çelsi” təxminən 25 gənc futbolçunun transferi zamanı qaydalara riayət etməyib.
London klubunun rəhbərliyi bu ittihamları qəbul etmir. FİFA-nın qaydalarına görə, klublar yetkinlik yaşına çatmayan xarici oyunçuların transferlərini o vaxt rəsmiləşdirə bilərlər ki, onların valideynləri futbolla əlaqədar olmayan səbəblərə görə mühacirət ediblər. Digər bir istisna odur ki, klubla futbolçu arasındakı məsafə 50 km həddində olmalıdır.
banner

Oxşar Xəbərlər