• şənbə, 20 Aprel, 12:23
  • Baku Bakı 23°C

Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı açıqlanıb

14.03.20 14:45 777
Aqrar sığortanın əhatə edəcəyi fermerlərin sayı açıqlanıb
"Bu ilin iyun ayında heyvandarlıq məhsullarının, ilin sonunda isə bitkiçilik məhsullarının sığorta edilməsi prosesinə başlanılacaq. Aqrar sığortanın tətbiqi prosesində ilk olaraq elektron sistem hazır edilməlidir”.
Bunu "Report”aKənd Təsərrüfatı Nazirliyiyanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədriMirzə Əliyevdeyib.
Onun sözlərinə görə, dünya təcrübəsində aqrar siğortanın ilk tətbiq edildiyi ildə əkin sahələrinin2,3%-likhissəsi siğortalanır: "Türkiyədə20ilə yaxındır ki, aqrar sığorta təcrübəsi var, lakin sığortalanma göstəricisi10-15%təşkil edir. Azərbaycanda bu il ərzində əkin sahələrinin sığortlanmasında5%-lik göstəriciyə çatsaq əla olar”.
M.Əliyev əlavə edib ki, heyvandarlıq sahəsində isə cins heyvanlar sığortalanacaq: "Düşünürəm ki, cins heyvan əldə edən fermerlərin sayı il ərzində1 000nəfər təşkil edir. Bitkiçilik üzrə isə450min fermer qeydiyyatdan keçibsə, biz ilk mərhələdə həmin fermerlərin5%-lik hissəsini əhatə edə bilsək, bu zaman isə biz25min nəfərdən danışa bilərik”.
Qeyd edək ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib.2019-cu ilin avqustunda isə Prezidentİlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb.2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən5 milyonmanat ayrılıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, bitkiçilik sahəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru sığortalanacaq. Bununla yanaşı, idxalın əvəzedilməsi və ixrac potensialının gücləndirilməsi məqsədilə portağal, limon, naringi, çay, tütün, çəltik, üzüm, fındıq, pambıq sığortalanacaq. Heyvandarlıq sahəsində 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar sığorta ediləcək. Suda yetişdirilən məhsullar üzrə akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq üçün ilkin mərhələdə balıqların sığortası təmin ediləcək.
banner

Oxşar Xəbərlər