AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Aqrar sektorda innovativ yenilik

Aqrar sektorda innovativ yenilik

İqtisadiyyat
22 Sentyabr 2020, 15:00 189
"Report”un  Cənub  Mərkəzinin  verdiyi  xəbərə  görə, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzi  Astara Dövlət Aqrar İnkişaf  Mərkəzi ilə birlikdə xəstəliklərə və zərərvericilərə qarşı mübarizə sahəsində yeni innovativ üsullardan istifadənin mümkünlüyünü nümayiş etdirib.
Bu məqsədlə sitrus bağında aqrodronun təqtbiq edilməsi ilə dərmanlama işi həyata  keçirilib. Bir neçə fermerə yeni müasir texnologiyalardan istifadənin üstünlükləri izah olunub.
Qeyd edilib ki, belə aqrodronlardan traktor və digər texnikaların hərəkət edə bilmədiyi dağ yamaclarında istifadə etmək çox rahatdır. Lənkəran Regional Aqrar Elm və innovasiya  Mərkəzinin rəhbəri Teyyub Rzayevin  sözlərinə görə  yeni innovativ texnologiyaların tətbiqi məhsulun maya dəyərini aşağı edir, çəkilən xərci azaldır və  istənilən nəticəni almaq mümkündü: "Ölkə ərazisində bu cür sınaqlar pambıq və qarğıdalı sahələrində  də uğurla keçirilib.  Bu dronlar təkcə dərman səpmək üçün deyil. Böyük sahələrdə torpağın xəritəsini çəkmək, sahədə xəstəliklərin olduğu əraziləri müəyyən etmək və.s"
Mərkəzin direktorunun sözlərinə görə bu işləri  ilk addım saymaq olar. Gələcəkdə yəqin ki,  daha çox tutumlu dronların tətbiqi də mümkün olacaq. Fermerlər bu yeniliklərin üstünlüklərinə şahid olduqca hər biri öz təsərrüfatında belə bir texnologiyanın tətbiqinə can atacaqlar.