• cümə, 29 Mart, 15:29
  • Baku Bakı 14°C

AMB-nin elektron ödəmə sistemləri ilə keçirilən ödənişlər bu il 200 mlrd. manata yaxın olub

06.11.19 12:21 984
AMB-nin elektron ödəmə sistemləri ilə keçirilən ödənişlər bu il 200 mlrd. manata yaxın olub
Bu ilin yanvar-sentyabr aylarında gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı elektron ödəmə sistemləri vasitəsi ilə keçirilən ödənişlərin həcmi artıq 200 mlrd. manata yaxın olub.
"APA-Economics"in məlumatına görə, bunu IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən AMB-nin İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.
Onun sözlərinə görə, nağdsız hesablaşmalarda, o cümlədən kart ilə həyata keçirilən hesablaşmaların həcmi cari ildə 59% artıb və 3,3 mlrd. manat təşkil edib.
A. Quliyev əlavə edib ki, elektron ticarətdə müsbət nəticələr müşahidə olunub. Belə ki, cari ildə elektron ticarətin həcmi 2 dəfə yaxın artıb və 2,2 mlrd manat təşkil edib.
banner

Oxşar Xəbərlər