• cümə, 29 Mart, 10:06
  • Baku Bakı 5°C

Almaniya “Cənub Qaz Dəhlizi”ni enerji təminatının şaxələndirilməsi üçün vacib layihə hesab edir

09.10.19 10:45 590
Almaniya “Cənub Qaz Dəhlizi”ni enerji təminatının şaxələndirilməsi üçün vacib layihə hesab edir
Berlin hesab edir ki, "Cənub Qaz Dəhlizi” Almaniyanın və Avropa İttifaqının enerji təminatının şaxələndirilməsi üçün çox vacibdir.
Bunu Trend-ə Almaniyanın İqtisadiyyat və Energetika Federal Nazirliyinin dövlət katibi Tomas Barayss deyib.
O bildirib ki, Azərbaycan "Cənub Qaz Dəhlizi” üzrə vacib qaz tədarükçüsü olacaq və ona görə də bu layihənin uğur qazanmasında mühüm rol oynayır:
"Tarixdə ilk dəfə "Cənub Qaz Dəhlizi” Avropa İttifaqı ölkələrinə Xəzər regionundan qaza birbaşa çıxış verəcək. Bu, həm də onu ifadə edir ki, Azərbaycanın Avropaya qaz tədarükçüsü və tranzit ölkə kimi rolu artacaq. Azərbaycan yeni bazarlara çıxmaqla qazanan tərəf olacaq”.
Dövlət katibi qeyd edib ki, Azərbaycan təkcə Almaniyanın Cənubi Qafqazdakı vacib iqtisadi tərəfdaşı deyil, eləcə də enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı səylərdə vacib tərəfdaşıdır:
"2018-ci ildə ikitərəfli ticarətin həcmi iki milyard avrodan bir qədər az olub. 2018-ci ildə Azərbaycan Almaniyaya 3 milyon tondan çox xam neft ixrac edib və Almaniya neft ixrac edən səkkizinci ölkə olub”.
T.Barayss əlavə edib ki, 2017-ci ildə Almaniya şirkətlərinin Azərbaycana investisiyalarının həcmi 111 milyon avro təşkil edib:
"Biz ikitərəfli münasibətlərin inkişafı yolu ilə bu göstəriciləri artırmaq istəyir”.
banner

Oxşar Xəbərlər