Almaniya-Argentina oyunu heç-heçə başa çatıb

Almaniya-Argentina oyunu heç-heçə başa çatıb

İdman
10 Oktyabr 2019, 11:15 208
Oktyabrın 9-da futbol üzrə Almaniya və Argentina komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş "Signal İduna Park” stadionunda reallaşıb.
Görüşdə meydan sahibləri 2:0 hesabı ilə öndə olsalar da, qonaqlar dönüş yaradaraq hesabı bərabərləşdirməyə nail olublar.
Görüş 2:2 hesabı ilə heç-heçə başa çatıb.
Almanların heyətində Serj Qnabri, Kai Havertz, argentinalıların heyətində isə Lukas Olario və Lukas Okampos fərqləniblər.
Xatırladaq ki, Bəhreyn və Azərbaycan milli komandaları arasında beynəlxalq yoldaşlıq oyununda millimiz 3:2 hesabı ilə qalib gəlib.