AZE | RUS | ENG |

Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq

Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq
Ailə dəyərlərimizi başqa xalqların mənfi təsirlərindən qorumalıyıq.
Trend-in məlumatına görə, bunu "Beynəlxalq Ailə günü”nə həsr edilmiş "Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxış edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, islam dinində ailəyə yüksək dəyər verilir:
"Ailə ilə bağlı bəzi problemlər var ki, bəziləri bunu dinlə əlaqələndirmək istəyirlər. İslam dinində ailə dəyərlərinə çox böyük diqqət yetirilir. Ailə müqəddəs hesab olunur".
M.Qurbanlı əlavə edib ki, Avropa ölkələrində boşanma hallarının orta göstəricisi 70-75 faizdir. Amma müsəlman ölkələrində, o cümlədən Azərbaycanda boşanma halları digər ölkələrlə müqayisədə azdır.
Komitə sədrinin fikrincə, Azərbaycanın nümunəvi ailələri cəmiyyətə təqdim edilməlidir.
Ailə dəyərlərimizin televiziyalarda daha çox təbliğ edilməsini vacib sayan M.Qurbanlı hesab edir ki, sağlam ailələr güclü dövlətin təməlini təşkil edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962