Agent alman yumoru edib, heç kim də başa düşməyib
"Liverpul”un baş
məşqçisi Yurgen Kloppla bağlı müəmmalı xəbər yayılıb.
Kaspi.az xəbər
verir ki, məlumatı mətbuata Kloppun agenti Mark Kositski verib. O bildirib ki,
Yurgen "Liverpul”la müqaviləni uzatmaya bilər. Buna səbəb kim i isə İngiltərənin
iqlimini göstərib:
"Sirr deyil ki,
klub onunla müqaviləni uzatmaq istəyir. Bizim fikirləşmək üçün vaxtımız var. Hələlik
gözləmək və işlərin necə gedəcəyinə baxmaq lazımdır.
Görək İngiltərənin
iqlimi müqavilə bağlamağa imkan verəcək. Klopp səhər oyananda hər yer qaranlıq
olur. O, axşamüstü həyat yoldaşı ilə görüşür, yenə də hər yer qaranlıq olur.
Almaniyada iki həftəlik
tətil olur. Həmin vaxt klublar daha isti yerlərə gedirlər. O dövrdə İngiltərədə
isə məşqçilər komandaları növbəti qarşılaşmaya hazırlayırlar”.
Agentin bu
açıqlaması mətbuatda müxtəlif fikirlərin yayılmasına səbəb olub. Bəziləri iddia
edirlər ki, bu açıqlama, Kloppun "Liverpul”la müqaviləni uzatmayacağına işarədir.
Alman mütəxəssis söz-söhbətə münasibət bildirməli olub:
"O. zarafat etmək
istəyib. Mən isə ciddi olacağam. Onun dedikləri alman yumorudur. Ona görə də
bunu heç kim başa düşməyib.
İngiltərənin
iqlimi ilə heç bir problemim yoxdur. Sözbəsöz təkrarlayıram: klubları heç vaxt
iqlim amilinə görə seçmirəm. Və bu amil hər hansı klubu tərk etməyim üçün heç
vaxt səbəb olmayacaq”.
Kloppun
"Liverpul”la qüvvədə olan müqaviləsi 2022-ci milin yayında başa çatır.