• cümə, 19 Aprel, 20:43
  • Baku Bakı 24°C

ABŞ-ın sutkalıq neft hasilatı 11,5 milyon barrelə düşüb

21.05.20 13:30 669
ABŞ-ın sutkalıq neft hasilatı 11,5 milyon barrelə düşüb
Birləşmiş Ştatların gündəlik xam neft istehsalı azalır.
AZƏRTACxəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 115 min barrel azalaraq sutkada orta hesabla 11,5 milyon barrel olub.
Bu il fevralın 22-28-ni əhatə edən həftədə isə ABŞ-ın neft hasilatı gündəlik orta hesabla 13,1 milyon barrelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 194 min barrel azalaraq sutkada 5,2 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 286 min barrel geriləyərək gündəlik 3,2 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalının cari ildə sutkalıq orta hesabla 11,7 milyon barrel olacağı gözlənilir.
Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
banner

Oxşar Xəbərlər