• cümə, 26 Aprel, 07:43
  • Baku Bakı 12°C

Ağasəlim Mircavadov: “Xəzər Lənkəran“ın transferləri yanlışdır

24.12.13 14:25 1210
Ağasəlim Mircavadov: “Xəzər Lənkəran“ın transferləri yanlışdır
“Komandadakı problemlər özünü nəticələrdə büruzə verir. Bilirsiniz, Lənkəran özəl bir bölgədir. Bu klubu digərlərindən fərqləndirən daha çox azarkeşlərinin olmasıdır. Onlar stadiona istirahətə gəlirlər. Yaxşı futbol olmayandan sonra nə istirahət? Camaat yaxşı oyuna baxmaq istəyir”. Bu sözləri apasport.az saytına müsahibəsində “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Cənub təmsilçisinin “sükanı arxası”nda uğurlara imza atan 66 yaşlı veteran məşqçi “Xəzər Lənkəran”ın cari çempionatdakı çıxışını dəyərləndirib.
Mircavadov “ağ-yaşıllar”ın yanlış transfer siyasətinə görə əziyyət çəkdiklərini ifadə edib:
“Bu gün komandanın layiq olduğu yerdə dayanmamasının əsas səbəbi yalnış transferlərdir. Hər oyunçunun öz komandası var. Baxırsan ki, burada yaxşı oynayır, başqa yerdə çox zəif. “Xəzər Lənkəran”a gələn oyunçular komandanın xarakterinə, imicinə uyğun deyillər. Bəzi futbolçular komandanın mahiyyətini dərk etmirlər”.
“Xəzər Lənkəran”ın prinsipial rəqibi “Neftçi”yə lazım olmayan Slavik Alxasovu heyətinə qatması gündəmdədir. Bu isə birmənalı qarşılanmır. Ağasəlim bəy hesab edir ki, bir futbolçunun başqa bir iddialı kluba lazım olmamağı onun zəif olması anlamına gəlməməlidir: “Slavikin oyununu 1 dəfə görmüşəm. Mən heç vaxt başqa məşqçinin işinə qarışmamışam. Hər mütəxəssisin özünə uyğun görmə qabiliyyəti var. Yəqin Alxasovda nəsə görüb ki, “Xəzər Lənkəran”a dəvət edib. Futbolçuya ad-sanına görə qiymət vermək lazım deyil. Görürsən ki, təmtəraqla gətirilən birinin oyunu alınmadığı halda, transferi diqqət çəkməyən başqa biri ümidləri doğruldur”.
banner

Oxşar Xəbərlər