36 yaş, 40 mükafat və ən yaxşı futbolçu
Amkerika
kubokunun ən yaxşı futbolçusu müəyyənləşib.
Kaspi.az xəbər
verir ki, turnirin ən yaxşı futbolçusu Braziliya yığmasının oyunçusu Dani Alveş
seçilib. O, turnirdə yığmanın keçirdiyi bütün 6 qarşılaşmada iştirak edib və 1
qol vurub.
36 yaşlı
futbolçu qazandığı titulların sayına görə də dünya rekordu müəyyənləşdirib. O,
Amerika kubokundakı qələbədən sonra əldə etdiyi titulların sayını 40-a
çatdırıb.
Amerika
kubokunun finalında Braziliya Peruya qalib gəlib – 3:1.