“Azeri Light”ın bir barrelinin qiyməti 64 dollara çatır

“Azeri Light”ın bir barrelinin qiyməti 64 dollara çatır

İqtisadiyyat
12 Oktyabr 2019, 16:45 219
Azərbaycan neftinin qiyməti bahalaşır.
AZƏRTAC xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,34 dollar artaraq 63,92 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.