• cümə, 19 Aprel, 15:05
  • Baku Bakı 25°C

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır

14.09.19 14:45 585
ABŞ-dakı aktiv qazma qurğularının sayı azalır
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 12 ədəd azalaraq 886 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 169 ədəd azalıb.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd geriləyərək 733 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 134 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı da 7 ədəd azalaraq 153 olub ki, keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 33 ədəd geriləyib.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.
banner

Oxşar Xəbərlər