Birjalarda neftin qiyməti

Birjalarda neftin qiyməti

İqtisadiyyat
12 Sentyabr 2019, 11:51 146
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,44 dollar artaraq 61,25 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar bahalaşaraq 56,12 dollar təşkil edib.