• cümə, 26 Aprel, 07:53
  • Baku Bakı 12°C

2018-ci ilin ən yaxşıları - Messi Ronaldodan öndə

07.12.18 10:35 650
2018-ci ilin ən yaxşıları - Messi Ronaldodan öndə
ESPN FC 2018-ci ilin ən yaxşı futbolçularını müəyyənləşdirib.
Kaspi.az xəbər verir ki, təşkilat bunun üçün ekspert komissiyası formalaşdırıb. Komissiyanın tərkibinə 25 ekspert daxil edilib. Futbolçular 9 mövqe üzrə fərqləndiriliblər.
Komissiya ümumilikdə 90 ən yaxşı futbolçunu və 10 ən yaxşı məşqçini seçib. Mövqelər üzrə ən yaxşılar bunlardır: David de Xea, Dani Karvaxal, Serxio Ramos, Marselo, Luk Modriç, Kevin de Bröyne, Sadio Mane, Lionel Messi, Harri Keyn. Ən yaxşı məşqçi nominasiyasının qalibi isə Xosep Qvardiola olub.
Hücumçular nominasiyasında Messidən sonrakı yeri Ronaldo tutub. O, ikinci il dalbadal bu qiymətləndirmədə Messiyə məğlub olub.
banner

Oxşar Xəbərlər