çərşənbə axşamı, 30 may, 19:37

Baku Bakı 33°C

Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

icon 199 icon 26 mart 2023 | 14:00 Yevlaxda süpürgəçi qadınları avtomobil vurub, ölən var

Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

Onlardan biri - 1974-cü il təvəllüdlü Əsgərova Səbinə Rafiq qızı hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsdi Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.