• çərşənbə axşamı, 23 aprel, 16:14
  • Baku Bakı 24°C

Xırdalanda partlayışda yaralananların adları məlum olub

04.08.22 08:30 763
Xırdalanda partlayışda yaralananların adları məlum olub

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışda yaralananların adları məlum olub.

Kaspi.az-ın məlumatına görə, həmin partlayış nəticəsində xəsarət alanların adları aşağıda qeyd olunub.

Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş,boyun,hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanığı ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirilir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.

banner

Oxşar Xəbərlər