• cümə, 29 Mart, 10:14
  • Baku Bakı 5°C

Virus infeksiyalarının əlamətlərini hiss edənlər mütləq COVID-19-un PZR testini verməlidirlər

04.08.22 08:45 422
Virus infeksiyalarının əlamətlərini hiss edənlər mütləq COVID-19-un PZR testini verməlidirlər

Adi qripə yoluxan zaman onu yeni növ koronavirusla (COVID-19) səhv salmaq olar, çünki hər iki virusun əlamətləri bir-birinə çox oxşayır. Təəssüf ki, həkim müayinəsinə getmədən hansı virusa yoluxmağı öyrənmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklərə nəzarətin təşkili şöbəsinin əməkdaşı Turan İbrahimova deyib: “Demək olar ki, hər iki xəstəliyin əlamətləri eynidir. Onları bir-birindən ayırd etmək çox çətindir. Ona görə də hər hansı hava-damcı yolu ilə yoluxan virus infeksiyalarının əlamətlərini hiss edən kimi mütləq COVID-19-un PZR testi verilməlidir”.

Koronavirusun digər ştamlarından fərqli olaraq “omikron” ştamı və onun alt variantlarına yoluxanlar xəstəliyi daha yüngül formada keçirdiyinə görə qrip olduqlarını zənn edirlər. Lakin mütəxəssislərin dediyinə görə, “omikron”un ölümcül riski nisbətən az olsa da, diqqətli olmaq məsləhətdir: “Xəstəliyin yüngül keçməsi çox vaxt yoluxanlarda rahatlıq yaradır. Lakin hər dəfə xüsusi vurğulanır ki, xüsusi risk qrupları xəstəliyi ağır keçirə bilərlər. Həmin qrupa yaşı 65-dən yuxarı olanlar, onkoloji xəstələr, xroniki xəstələr və immun sistemi aşağı düşənlər daxildir”.

Onu da qeyd edək ki, yoluxma halları artdığına görə baş verə biləcək hər vəziyyətə qarşı lazımi tədbirlər görülüb. Modul tipli xəstəxanalar xəstələri qəbul etməsi üçün hazır vəziyyətə gətirilib.

banner

Oxşar Xəbərlər