• şənbə, 18 May, 15:08
  • Baku Bakı 19°C

Vətən müharibəsi qazisinə hücumla bağlı cinayət işi açılıb - VİDEO

06.05.23 20:00 526
Vətən müharibəsi qazisinə hücumla bağlı cinayət işi açılıb - VİDEO

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə tibb məntəqəsində qeydə alınmış münaqişə ilə bağlı yayılan görüntülər barədə məlumat açıqlayıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, vətəndaş Rəvan Nəbizadənin Vətən müharibəsi qazisi Namiq Babayevi vuraraq xəsarət yetirməsilə bağlı polis orqanında araşdırma aparılır.

N.Babayevin xəsarətlərinin dərəcəsini müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizanın rəyi alınıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələrilə cinayət işi açılıb.

Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi də Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, "Vətən müharibəsi iştirakçısı", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şücaətə görə" medalları ilə təltif edilmiş qazi Namiq Babayevin işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücuma məruz qaldığı barədə məlumat yayıb.

"Agentliyin qazi əməkdaşı, 44 günlük Vətən müharibəsində yaralandığı üçün II dərəcə əlilliyi müəyyən olunmuş baş təlimatçı Namiq Babayev onu sakitləşdirmək niyyəti ilə yaxınlaşaraq müvafiq izahat verdiyi zaman Rəvan Nəbizadə qəfil hücum çəkərək ona yumruq zərbələri vuraraq ağır bədən xəsarəti yetirib. Nəticədə əməkdaşımız Namiq Babayevin çənə sümüyü iki yerdən sınaraq dişləri qırılıb. O, hazırda tibb müəssisəsində müalicə olunur və əməliyyat olunması üçün hazırlıq görülür", - deyə məlumatda bildirilib.

 

banner

Oxşar Xəbərlər