cümə, 22 Sentyabr, 07:46

Baku Bakı 20°C

ÜST: “Omikron”un müasir versiyaları ümumi xüsusiyyətlərə malikdir”

icon 579 icon 24 yanvar 2023 | 15:00 ÜST: “Omikron”un müasir versiyaları ümumi xüsusiyyətlərə malikdir”

Koronavirusun “omikron” ştamının müasir variantları yuxarı tənəffüs yollarında təkrarlanma və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) "Report"a verilən məlumata görə, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etməsinə ehtiyac yoxdur.

ÜST-dən bildirilib ki, virusoloqlar və digər elm adamları “omikron”un yeni variantlarını izləyirlər: "Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək".