• şənbə, 20 Aprel, 00:33
  • Baku Bakı 15°C

ÜST Azərbaycanın beş rayonunda psixi sağlamlıqla bağlı layihə həyata keçirib

18.05.23 10:52 362
ÜST Azərbaycanın beş rayonunda psixi sağlamlıqla bağlı layihə həyata keçirib

Azərbaycanda 5 rayonda psixi sağlamlıqla bağlı layihə həyata keçirilib.

"Report" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Psixi Sağlamlıq Xidmətlərinin Münaqişədən Sonrakı Dövrdə Koordinasiyası və Transformasiyası” layihəsinin aralıq nəticələrinin təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, həmin layihələr Bərdə, Tərtər, Ağcabədi, Füzuli və Ağdam rayonlarında reallaşdırılıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi bildirib ki, layihənin keçirilməsində məqsəd psixi sağlamlıq sahəsində həkimlərin təməl bilgilərinin artırılması olub: "Ölkədə yetərli sayda psixoloq, psixatr və bu sahədə təlim görmüş sosial işçi azdır. Buna görə də bu cür tədbirlər əhalinin psixoloji sağlamlığını yaxşılaşdırmaq üçün önəmlidir".

banner

Oxşar Xəbərlər