bazar, 04 Dekabr, 09:57

Baku Bakı 4°C

Türkiyəyə müalicə məqsədilə gedən şəxslər üçün yeni portal yaradılıb

icon 306 icon 22 sentyabr 2022 | 14:30 Türkiyəyə müalicə məqsədilə gedən şəxslər üçün yeni portal yaradılıb

"Türkiyəyə müalicə üçün səfər edəcək şəxslər yeni yaradılan sağlıq turizmi portalı üzərindən həm xəstəxana, həm də həkim seçə biləcəklər".

Kaspi.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca Bakıda keçirilən Azərbaycan-Türkiyə səhiyyə biznes forumunda deyib.

Onun sözlərinə görə, qardaş ölkənin Səhiyyə Nazirliyinin tabeliyində olan "Beynəlxalq Səhiyyə Xidmətləri" şirkəti Türkiyəyə müalicə məqsədilə gələn qonaqların məmnuniyyət səviyyəsini izləmək üçün çağrı mərkəzi yaradıb: "Fasiləsiz xidmət göstərən və hazırlıq işləri bitən sağlıq turizmi portalına dövlət və özəl xəstəxanaların məlumatları əlavə edilir. Türkiyənin bütün xəstəxanalarının göstərdiyi xidmətlərin səviyyəsi portal üzərindən tanıdılacaq. Bununla da müalicə üçün Türkiyəyə gələn şəxslər portal üzərindən asanlıqla xəstəxana və həkim seçimi edəcəklər".