• çərşənbə, 09 Sentyabr, 18:01
  • Baku Bakı 23°C

Türkiyəli nazir bu gün Azərbaycana səfər edəcək

22.09.22 09:15 1006
Türkiyəli nazir bu gün Azərbaycana səfər edəcək

Türkiyənin səhiyyə naziri Fahrettin Koca sentyabrın 22-23-də Azərbaycanda səfərdə olacaq.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, nazir Türkiyə-Azərbaycan səhiyyə-biznes forumunda iştirak edəcək. F.Kocanın Azərbaycanda habelə bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulub.

Nazir səfərinin ikinci günü Şuşa şəhərinə gedəcək.

Qeyd edək ki, Bakıda Türkiyə-Azərbaycan səhiyyə-biznes forumu və sərgisinin keçirilməsi planlaşdırılır.

banner

Oxşar Xəbərlər