cümə, 24 Mart, 22:01

Baku Bakı 15°C

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib

icon 155 icon 17 mart 2023 | 17:00 Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib

Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Kaspi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.