• şənbə, 20 Aprel, 10:17
  • Baku Bakı 14°C

Tədqiqat quraqlıqların və fırtınaların xəstəlikləri necə “yaydığını” araşdırıb

10.08.22 10:15 318
Tədqiqat quraqlıqların və fırtınaların xəstəlikləri necə “yaydığını” araşdırıb

Manoadakı Havay Universitetinin alimləri müəyyən ediblər ki, bəşəriyyətə məlum olan bütün patogen xəstəliklərin, məsələn, Denge qızdırması, sətəlcəm, malyariya, Zika xəstəliyi, iqlim dəyişikliyi ilə bağlı kəskinləşə bilər. Araşdırmanın nəticələri “Nature Climate Change” jurnalında dərc olunub.

AZƏRTAC “Hi-Tech”ə istinadla xəbər verir ki, tədqiqatçılar quraqlıqlar, tufanlar və okean səviyyəsinin qalxması kimi istixana qazları emissiyalarına həssas olan iqlim təhlükələrinin insana məlum olan hər bir patogen xəstəliyə təsirini araşdırıblar. Tədqiqat qrupu xüsusi iqlim təhlükələri və xəstəliklər arasında əlaqəni göstərən interaktiv diaqram işləyib hazırlayıb.

Okeanlarda baş verən iqlim dəyişikliyi və yanğınlar viruslar, bakteriyalar, heyvanlar, göbələklər və bəsitlərin yaratdığı xəstəliklərə təsir edir. Tədqiqat göstərib ki, 375 məlum olan insan patogen xəstəliyindən 218-nin 1006 unikal yol vasitəsilə ən azı bir iqlim amilindən təsirlənib.

"COVID-19 pandemiyasının geniş təsirini nəzərə alaraq, istixana qazları emissiyalarının yaratdığı böyük zəifliyi aşkar etmək həqiqətən dəhşətli idi", - deyə Havay Universitetinin Manoadakı Sosial Elmlər Kollecinin coğrafiya üzrə professoru və tədqiqatın baş müəllifi Kamilo Mora bildirib. "Bu, istixana qazı emissiyalarının qlobal miqyasda azaldılması zərurətinin vacib olduğunu göstərir”.

Çoxsaylı iqlim təhdidləri daşıyıcılar və patogenlər üçün əlverişli ətraf mühitinin miqyasını genişləndirir. Məsələn, istiləşmə və yağıntıların miqdarının dəyişməsi xəstəlik daşıyıcıları - denge, çikunqunya, vəba, Layma xəstəliyi, Qərbi Nil qızdırması, Zika virusu, tripanosomoz, exinokokkoz və malyariya virus və bakteriyaların yayılması ilə bilavasitə əlaqəsi olan ağcaqanadlar, gənələr, birələr, quşlar və bəzi məməlilərin məskunlaşma arealının genişlənməsinə səbəb olur.

İqlim dəyişikliyi insanların evakuasiya və miqrasiyasına səbəb olur ki, bu da patogenlərlə əlaqələrin sayını artırır. Tədqiqatçılar hesab edirlər ki, məsələn, fırtınalar, daşqınlar, dəniz səviyyəsinin qalxması və bunun ardınca çoxlu sayda insanın köçürülməsi Lassa qızdırması, lyamblioz, qastroenterit, vəba, salmonellez, şigellez, pnevmoniya, yatalaq, hepatit, respirator və dəri xəstəliklərinin yayılmasına səbəb olur.

banner

Oxşar Xəbərlər