bazar ertəsi, 30 yanvar, 05:55

Baku Bakı 6°C

Səhiyyə Nazirliyinə keçən müəssisələrdə işləyən həkimlərin maaşı məsələsinə aydınlıq gətirilib

icon 201 icon 11 yanvar 2023 | 14:30 Səhiyyə Nazirliyinə keçən müəssisələrdə işləyən həkimlərin maaşı məsələsinə aydınlıq gətirilib

Yanvarın 1-dən etibarən 9 tibb müəssisəsi - Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) idarəçiliyindən çıxarılaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.

TƏBİB-in idarəliyində olan xəstəxanalarda çalışan tibb işçilərinin əmək haqlarında mütəmadi artımlar olurdu. Səhiyyə Nazirliyinin (SN) tabeliyindəki müəssisələrdə çalışan həkimlərin maaşı isə fərqli qaydada artırılır və ödənilir.

“Report” TƏBİB-dən SN-yə keçən tibb müəssisələrində çalışan həkimlərin əməkhaqlarının bundan sonra hansı qaydada ödəniləcəyi məsələsini araşdırıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, agentlik səhiyyə işçilərinin əməkhaqlarının artırılması istiqamətində davamlı tədbirlər görür: “TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına əsasən həkimlərin əməkhaqqı tərkibi - əmək haqlarının tərkibi vəzifə (tarif) maaşından, sabit əlavələrdən, əmək şəraitinə görə ödənilən əlavələrdən, işin nəticəsinə görə həvəsləndirici əlavələrdən və Əmək Məcəlləsində, normativ hüquqi aktlarda, habelə agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlərdən ibarətdir”.