çərşənbə axşamı, 09 avqust, 12:19

Baku Bakı 27°C

Səhiyyə nazirinə yeni müşavir təyin edildi

icon 179 icon 06 iyul 2022 | 10:37 Səhiyyə nazirinə yeni müşavir təyin edildi

Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə naziri Teymur Musayevin yeni müşavir təyin edilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, R.Hacıəlibəyov səhiyyə nazirin müvafiq əmrinə əsasən, səhiyyənin rəqəmsallaşdırılması üzrə müşavir vəzifəsinə təyin olunub.

Rüfət Hacıəlibəyov HP, Microsoft, SAP beynəlxalq şirkətlərində rəhbər vəzifələrdə çalışıb və informasiya texnologiyaları sahəsində 25 illik davamlı təcrübəyə malikdir.

Qeyd edək ki, Rüfət Cahangir oğlu Hacıəlibəyov 2021-ci ilin dekabrında Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycanın informasiya texnologiyaları sektorundakı uğurlu fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.