çərşənbə, 04 Oktyabr, 07:07

Baku Bakı 20°C

Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb

icon 1267 icon 18 yanvar 2023 | 15:00 Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb

Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov (o, sərxoş vəziyyətdə yolda uzanıbmış - "Report") müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.