• çərşənbə axşamı, 16 aprel, 21:49
  • Baku Bakı 18°C

Risk qrupunda olanların maskadan istifadəsi xüsusilə tövsiyə olunur

28.04.22 15:15 343
Risk qrupunda olanların maskadan istifadəsi xüsusilə tövsiyə olunur

Hazırda ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar epidemioloji vəziyyət qənaətbəxşdir. Yoluxma sayları xeyli az olması ilə yanaşı, sevindirici hal son günlərdə ölüm hallarının qeydə alınmamasıdır. Bütün bunlara iki il ərzində qaydalara əməl etmək və vaksinasiyada aktiv iştirakla nail olduq. Bunları nəzərə alaraq Nazirlər Kabineti mayın 1-dən etibarən ölkəmizdə maskadan istifadə tələbinin aradan qaldırılması ilə bağlı qərar verdi. Həmin qərar vətəndaşları sevindirsə də, mütəxəssislərin tövsiyələri və hər kəsin unutmamalı olduğu məqamlar var. Unutmayaq ki, pandemiya hələ bitməyib, sadəcə olaraq yoluxma halları azalıb. Ölkəmizdə COVID-19 əleyhinə vaksinasiyada iştirak edənlərin sayı kifayət qədərdir. Bunun nəticəsidir ki, kütləvi immunizasiya yaranıb. Nəticədə yeni ştamların yaranma ehtimalı da azalır, həmçinin onların yoluxduruculuq qabiliyyəti və digər xüsusiyyətləri də zəifləməyə doğru gedir. Odur ki, yoluxma təhlükəsi daha da azalıb. Yoluxanlar belə xəstəliyi yüngül keçirirlər. Bütün bunlara baxmayaraq, rahatlaşmaq lazım deyil, gələcəkdə, xüsusilə də payız fəslində bizi nələrin gözlədiyini bilmirik. Odur ki, vətəndaşlara özlərini qorumağa davam etmələri tövsiyə olunur.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

Qeyd edib ki, özündə respirator xəstəlik əlamətləri hiss edənlərin kütləvi məkanlarda mütləq şəkildə maskadan istifadəsi tövsiyə olunur: “Bununla da onlar öz yaxınları və ətraflarında olan insanları nəinki koronavirus, hətta digər respirator xəstəliklərdən qoruya bilərlər. Maskadan istifadə tələbi aradan götürüldüyü üçün biz bunu sadəcə tövsiyə olaraq deyə bilirik. Əsasən yaşlılar, risk qrupuna daxil olanlar, yanaşı xəstəlikləri olanlar özlərini qorumağa davam etməlidirlər. Xüsusilə, həmin şəxslərə kütləvi toplanma yerlərində maskadan istifadə etmək, məsafə saxlamaq, gigiyena qaydalarına əməl etmək tövsiyə olunur”.

banner

Oxşar Xəbərlər