• çərşənbə, 24 Aprel, 13:15
  • Baku Bakı 27°C

Risk qrupunda olan şəxslərə pnevmokok vaksini də vurula bilər

20.01.23 05:15 496
Risk qrupunda olan şəxslərə pnevmokok vaksini də vurula bilər

Qripdən sonra daha çox müşahidə edilən ağırlaşmalar bakterial infeksiyalardır ki, bunlara sinusit, otit, yəni orta qulaq iltihabı, bakterial pnevmoniya aiddir. Belə olacağı təqdirdə vaxtında müdaxilə olunmazsa, xəstəlik daha da ağırlaşa, ciddi bakterial sepsisə, meningitə səbəb ola bilər. Odur ki, xəstələr vaxtında həkimə müraciət etməli, ehtiyac yaranarsa, laborator və fiziki müayinə nəticələrinə görə əlavə müalicə təyin olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev nazirliyin instaqram səhifəsində “Qrip və respirator viruslar” mövzusunda canlı yayım zamanı deyib.

V.Əliyevin sözlərinə görə, dünya protokolunda belə bir qeyd var ki, risk qrupunda olan şəxslərin ikincili bakterial infeksion təhlükəsi də olduğuna görə, onlara influenza virusuna qarşı peyvənd olunmaqla yanaşı, əlavə pnevmokok vaksini də vurula bilər. Bu, bakterial pnevmoniyanın qarşısını almaq məqsədi daşıyır.

banner

Oxşar Xəbərlər