• çərşənbə, 25 Dekabr, 05:33
  • Baku Bakı 9°C

Quru göz sindromunun müalicəsində ən çox süni göz yaşı damcıları istifadə olunur

30.05.23 20:00 2398
Quru göz sindromunun müalicəsində ən çox süni göz yaşı damcıları istifadə olunur

Quru göz sindromu gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığından yaranan patoloji vəziyyətdir. Gözlərdə quruluq, göynəmə, qızartı və yanma hissi xəstəliyin ilkin simptomlarıdır. Quru göz sindromunun digər əlaməti gözdə yad cisim hissiyyatının olmasıdır.

AZƏRTAC xəbər verir ki, bunu oftalmoloq Fatma Maayeva deyib. Onun sözlərinə görə, quru göz sindromu zamanı gözlərin sulanması halı da müşahidə edilir. Buna səbəb quruluğu aradan qaldırmaq üçün göz yaşı istehsalının artmasıdır.

Oftalmoloq quru göz sindromunun yaranma səbəblərini sadalayıb: “Göz qapaqlarının natamam bağlanması, bəzi xəstəliklər və göz yaşı vəzilərinin patologiyası, orqanizmdə hormonal problemlər, ətraf mühit amilləri (iqlimin quru və tozlu olması), bəzi dərmanların istifadəsi, kompüter qarşısında uzun müddət vaxt keçirmək, kontakt linza istifadəsi sindromun yaranma səbəbləridir. Bəzən sindrom özünü bir çox digər sistem xəstəliklərin (revmatoid artrit, Şeqren sindromu və digər) simptomları kimi də büruzə verə bilər. Müalicəsində ən çox istifadə olunan süni göz yaşı damcılarıdır”.

banner

Oxşar Xəbərlər