• cümə, 26 Aprel, 06:41
  • Baku Bakı 12°C

Qalxanvari vəz xəstəliyi olanlar normal vitamin-mineral balansı qəbul etməlidirlər

25.05.22 18:30 401
Qalxanvari vəz xəstəliyi olanlar normal vitamin-mineral balansı qəbul etməlidirlər

Qalxanabənzər vəz beyindən tutmuş bütün daxili orqanlara, həzm sisteminə, cinsiyyət orqanına və ürəyə qədər təsir göstərən endokrin orqandır. Az miqdarda hormon ifraz etməsi artıq çəkiyə, halsızlığa, yorğunluğa, çox miqdarda hormon ifraz etməsi arıqlamağa və əsəbiliyə səbəb olur. Diaqnoz qoymaq üçün birinci növbədə onun hormonal və funksional, yəni ultrasəs müayinəsi aparılmalıdır. Böyüklərin təxminən 30 faizinin boğaz nahiyəsində düyünlər müşahidə edilir. Buna daha çox qadınlar arasında rast gəlinir.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Aynur Muxtarova deyib: “Düyünün təhlükəlilik dərəcəsi onun ölçüsündən asılıdır. Qalxanvari vəzin üstündəki düyün bir santimetrdən kiçik və qanlanması zəifdirsə, təhlükəli hesab olunmur. Düyünün ölçüsü bir müddətdən sonra böyüyür və qanlanma artırsa, digər tədbirlər görülməlidir”.

El arasında qalaxanabənzər vəzə cərrah bıçağı vurulmasının təhlükəli olması və qurbağa ilə müalicə edilməsi barədə fikirlər dolaşır. Müsahibimiz bu barədə fikirlərə də aydınlıq gətirib: “Təəssüf ki, hələ də qurbağa ilə müalicəyə inananlar və düyünə cərrah bıçağının toxunmasından ehtiyat edənlər var. Əslində, bunların hamısı mifik və yanlışdır, qətiyyən həqiqəti əks etdirmir”.

Mütəxəssislərin fikrincə, qalxanabənzər vəz problemləri genetik meyil və yod çatışmazlığı nəticəsində meydana çıxır. Dünyada hər üç nəfərdən birində yod çatışmazlığı ilə yaşadığı aşkar edilib. Həkimlərin fikrincə, qalxanabənzər vəz xəstəliklərinin qarşısını almaq çox sadədir. Edokrinoloqlar yodun kifayət qədər qəbul olunmasını tövsiyə edirlər. Bunun üçün adi duzun yodlaşdırılmış duzla əvəz edilməsi məsləhət görülür. “Qalxanvari vəz xəstəliyi olanlar normal vitamin-mineral balansı qəbul etməlidirlər. Brokkoli kələmi, gül kələmi, adi kələm, paxla kimi bitkilərlə qidalanmaqla tiroid vəzinin funksiyasını normal saxlamaq olar”, - deyə həkim-endokrinoloq bildirib.

banner

Oxşar Xəbərlər