Prezidentin köməkçisi: "Status-kvonu dəyişdik"

"Biz status-kvonu artıq dəyişdik. Ermənistanın işğalına əsaslanan bir status-kvo var idi”.
"Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiriHikmət Hacıyev"Haber Global”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı başlatdığı təcavüzə cavab olaraq həyata keçirilən tədbirlərdə hər kəs tərəfindən qeyri-məqbul hesab olunan, amma sürməkdə davam edən status-kvo artıq dəyişdi.