cümə, 24 Mart, 17:11

Baku Bakı 14°C

Peyvənd olunanların sayı açıqlanıb

icon 1557 icon 21 may 2022 | 22:30 Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 273 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 352, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 800, üç və daha çox doza vaksin vurduranların sayı 1 922, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 704 523, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 345 603, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 847 172, üç və daha çox doza vaksin vurduranların sayı 3 267 411, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 244 337 təşkil edir.