• çərşənbə, 08 May, 08:39
  • Baku Bakı 13°C

Ötən sutka 29 yanğına çıxış olub, 4 nəfər xilas edilib

30.04.22 16:00 465
Ötən sutka 29 yanğına çıxış olub, 4 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 29 yanğına çıxış və 4 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, 1947-ci il təvəllüdlü Eyvazov Rafiq Heydər oğlunun meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

banner

Oxşar Xəbərlər