• şənbə, 24 Fevral, 19:04
  • Baku Bakı 5°C

Naxçıvanın sabiq prokuroru həbs olunub? - AÇIQLAMA

02.02.23 12:09 1072
Naxçıvanın sabiq prokuroru həbs olunub? - AÇIQLAMA

Bəzi media qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının sabiq prokuroru Səbuhi Şahverdiyevin guya həbs olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Bu məlumat Baş Prokurorluq tərəfindən təkzib olunub.

"Müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılmasının qanunvericiliklə qadağan olması bir daha media qurumları və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır", - deyə prokurorluqdan bildirilib.

banner

Oxşar Xəbərlər