• çərşənbə, 04 Dekabr, 17:11
  • Baku Bakı 10°C

Mövsüm dəyişiklikləri ürək-damar xəstələri üçün riskli ola bilər

01.04.23 04:45 533
Mövsüm dəyişiklikləri ürək-damar xəstələri üçün riskli ola bilər

Mövsümi keçidlər zamanı daim dəyişən hava şəraiti insan sağlamlığına və gündəlik həyat tempinə təsir edir. Xüsusilə ürək xəstəliyi olanlar mövsümi dəyişikliklərdən daha tez təsirlənir.

AZƏRTAC xəbər verir ki, bunu Liv Bona Dea Hospitalının həkimi, ürək-damar cərrahiyyə mütəxəssisi Cabir Gülmalıyev deyib.

Onun sözlərinə görə, artan rütubət və temperatur, havada allergenlərin tezliyi və ion balansının dəyişməsi ürək-damar xəstələri üçün əlavə risk yarada bilər. Bütün bu dəyişikliklər ürəkdə əlavə yüklənməyə səbəb olur. Xüsusilə ürək çatışmazlığı olan insanların kliniki vəziyyəti daha da ağırlaşır.

Mütəxəssis qeyd edib ki, yazda temperatur və təzyiqin dəyişməsi ilə yanaşı yuxarı tənəffüs yolları infeksiyalarının artması da infarkt riski yarada bilər. Havaların istiləşməsi səbəbindən tərləmə kimi hallar bədəndə maye itkisi, qanda qatılaşma və laxtalanmaya səbəb olur. Bu da infarkt və insult riskini artırır. Risk faktorlarından xəbərdar olmaq, immuniteti güclü saxlamaq, havaya uyğun geyinmək, tütün məhsulları və spirtli içkilərdən uzaq durmaq, xüsusilə 40 yaşdan etibarən qan təzyiqini nəzarətdə saxlamaq, maye qəbulunu artırmaq, kofeinli içkilər, duz, yağlı və qızardılmış yeməklərin istehlakını azaltmaq, aktiv həyat tərzi, erkən diaqnoz, mütəmadi olaraq müayinələrdən keçmək yaranacaq ürək-damar problemlərinin qarşısını alır.

banner

Oxşar Xəbərlər