• cümə, 29 Mart, 01:28
  • Baku Bakı 7°C

Milyonlarla insanın həyatına son qoyan xəstəliyin mənşəyi məlum oldu

20.06.22 10:15 612
Milyonlarla insanın həyatına son qoyan xəstəliyin mənşəyi məlum oldu

Tədqiqatçılar 14-cü əsrdə Avropa, Asiya və Şimali Afrikada milyonlarla insanın ölümünə səbəb olan vəba xəstəliyinin mənşəyini nəhayət dəqiqləşdiriblər. İllərlə aparılan araşdırmalara baxmayaraq, bəşər tarixinin ən böyük fəlakətlərindən birinə səbəb olan vəba xəstəliyinin yaranma səbəbini öyrənmək mümkün olmamışdır.

AZƏRTAC Tübingen Universitetinə istinadla bildirir ki, Şotlandiyanın Stirling Universiteti, Tübingen Universiteti və Almaniyanın Maks Plank İnstitutunun tədqiqat qrupunun araşdırmasına görə, bu xəstəlik 1330-cu illərdə Qırğızıstan ərazisində yaranıb.

Tədqiqatçılar Qırğızıstanın İssık-Kul gölü yaxınlığında yerləşən qəbiristanlıqdan götürülmüş diş nümunələrini analiz edib. Qəbiristanlığın 1338 və 1339-cu illərə aid olduğu aşkar edildikdən sonra bu ərazidə tədqiqatlara başlanılıb.

DNT analizinin dişlərdən alınmasının səbəbini izah edən Tübingen Universitetinin tədqiqatçısı professor Maria Spyrou, “Diş nümunələrinin analiz edilməsinin səbəbi, qanla keçən mikrobların dişlərdə və dişətlərində daha uzun müddət yaşamasıdır”.

Tədqiq olunan üç skeletdə vəba bakteriyası aşkarlanıb. Müalicə edilmədikdə ölümcül olan vəba xəstəliyi əsasən gəmirici heyvanlarda müşahidə edilən Yersinia pestis adlı heyvan bakteriyası tərəfindən yaranır. Yoluxmuş şəxsin limfa, qasıq və qoltuqaltı nahiyələrində ağrılı qabarcıq formalı şişlər əmələ gəlir. Dəridə qanqrenaya bənzər qaralmalar olur. Bu səbəbdən xəstəliyə tarixdə “qara ölüm” də deyilib.

2010-2015-ci illər arasında vəba xəstəliyinə dünyada 3 min 248 yoluxma halı qeydə alınıb. Yoluxanlardan 584-ü həyatını itirib.

Stirling Universitetinin tarixçisi professor Filip Slavin bu kəşfin tarixin ən böyük sualına cavab verdiyini söyləyib.

banner

Oxşar Xəbərlər