• cümə axşamı, 28 mart, 13:42
  • Baku Bakı 16°C

"Meymun çiçəyi" xəstəliyinə qarşı təcili kütləvi peyvəndləməyə ehtiyac yoxdur

24.05.22 10:30 387
"Meymun çiçəyi" xəstəliyinə qarşı təcili kütləvi peyvəndləməyə ehtiyac yoxdur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsindən kənarda yayılan "meymun çiçəyi" xəstəliyinin əhalinin təcili kütləvi peyvəndlənməsini tələb edəcəyinə inanmır.

Bu barədə "Reuters" agentliyi ÜST-nin nümayəndəsi Riçard Pibodiyə istinadən məlumat yayıb.

"Biz əhalinin kütləvi peyvəndlənməsinə doğru irəlilədiyimiz vəziyyətdə deyilik. Bu xəstəliklə mübarizə üçün dərhal istifadə edilə biləcək peyvəndlərin və virusa qarşı dərmanların ehtiyyatı məhduddur. Təhlükəsiz cinsi davranış, gigiyena qaydalarına riayət etmə, tez-tez əlləri yuma virusun yayılmasını məhdudlaşdırmağa kömək edəcək", - deyə R.Pibodi bildirib.

Aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan "meymun çiçəyi" virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar, xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə yoluxma halları qeydə alınıb.

Yalnız Böyük Britaniyada, mayın 23-nə olan məlumata görə, yoluxanların sayı 56-ya çatıb.

banner

Oxşar Xəbərlər